“Qazaxlı Alik”in oğlu polisə ÇAĞIRILDI  - RƏSMİ AÇIQLAMA
13 sentyabr 2021 18:00 (UTC +04:00)

“Qazaxlı Alik”in oğlu polisə ÇAĞIRILDI - RƏSMİ AÇIQLAMA

“Qazaxlı Alik”in oğlu Fuad Muradov polis tərəfindən saxlanılıb. 

Lent.az xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov özünün "facebook" hesabında məlumat paylaşıb: “Bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. Fuad Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub: “Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, özünü “fədai” kimi təqdim edən F.Muradov "Qazaxlı Alik" kimi tanınan Alik Muradovun oğludur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13021

Oxşar yazılar