Qazax sakinlərindən narkotik maddə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, ayrı-ayrılıqda keçirilən müvafiq tədbirlər nəticəsində Raqif Məmmədrzayev, Sərdar Carçıyev, Ramiz Rəhimov, Kamran Qulyev, Adil Mirzəyev, Aydın Abdullayev, və Cavid Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə və bir neçəsinin yaşadığı evə baxış keçirilən zaman heroin və metamfetamin aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
Faktlarla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.