Qatil barədə məlumat verənə 5 milyon dollar
29 sentyabr 2023 06:37 (UTC +04:00)

Qatil barədə məlumat verənə 5 milyon dollar

ABŞ hakimiyyət orqanları Ekvador prezidentliyinə namizəd Fernando Villavicencionun qətlində əli olanları saxlamağa imkan verəcək məlumat üçün 5 milyon dollar ödəməyə hazırdır.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib.

Qeyd edilib ki, söhbət hələlik şəxsiyyətləri müəyyən edilməmiş cinayətkarlardan gedir. ABŞ, həmçinin “Villavicencionun qətlinə görə məsul olan transmilli mütəşəkkil cinayətkar qrup”u kimin idarə etdiyi barədə məlumat üçün də 1 milyon dollara qədər pul təklif edib.

Xatırladaq ki, siyasətçi avqustun 9-da Ekvadorun paytaxtında öldürülüb. Cinayətkarlar onu seçki iclasından sonra güllələyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10484

Oxşar yazılar