Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 13-də ümumi çəkisi 12,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 6,6 kiloqramdan çox marixuana və 2 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.