“Qanuni oğrular”  Yerevana  “razborka”ya   gəldilər
22 noyabr 2021 21:11 (UTC +04:00)

“Qanuni oğrular”  Yerevana “razborka”ya gəldilər

İrəvanda polis “qanuni oğrular”ın qarşıdurmasının qarşısını alıb. 

Lent.az bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

39 yaşlı Vardkes İspiryan, Armençik Massiviski kimi tanınan 37 yaşlı Armen Arutyunyan və 35 yaşlı Artur Pokaryan (Ruj Arturik) saxlanılıb.

Saxlanılan şəxslərdən 6 patronu olan “Makarov” tapançası aşkar edilib. Cinayətkarlar başqa bir “qanuni oğru”, Zap kimi tanınan Andranik Soqoyan və onun tərəfdaşı ilə haqq-hesab çürütməyə gəliblərmiş.

Hər üçü Ermənistan Polisinin Baş İdarəsinə aparılıb. Qeyd olunur ki, Zapın özü və şəriki də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Andranik Soqoyan 1968-ci ildə Gümrü şəhərində anadan olub və 1994-cü ildə oradaca taclandırılıb. O, Rusiyanın cənubunda və Ukraynada fəaliyyət göstərib. Dəfələrlə Soçi və Odessada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 2010-cu ildə o, Praqada erməni iş adamının qətlini təşkil etməkdə şübhəli bilinərək saxlanılıb. Hazırda Çexiyanın tələbi ilə axtarışdadır.

# 6024
avatar

Oxşar yazılar