Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın məlumatına görə, Bakı-Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisində qeydə alınıb. “Hyundai Santa-fe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.
Qəza nəticəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşı xəsarət alıb. Xəstəxanaya yerləşdirilən DYP əməkdaşının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.