Bakıda qadın şantaj olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət daxil olub.
İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadından videosunu yayacağı ilə hədələyərək 7000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.