Qadın gözəllik salonunda işçini qarət etdi
07 mart 2023 13:44 (UTC +04:00)

Qadın gözəllik salonunda işçini qarət etdi

Bakıda gözəllik salonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində orada işləyən qadının içərisində 1300 manatı və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1767
avatar

Oxşar yazılar