Masallıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 10-da rayon ərazisindəki evlərin birindən 20 min manat pul oğurlanıb.
Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ərkivan qəsəbə sakini L.Səmədova saxlanılıb.