Rusiyanın paytaxtı Moskvada narkotik maddəni bədənində gizlədən sürücü polis tərəfindən saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, saat 6:30-da Leninqradskoye şossesində “Toyota Camry” markalı avtomobil saxlanılıb. Maşını 39 yaşlı Şimali Osetiya sakini idarə edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi yoxlama zamanı qadının cinsiyyət orqanından ümumi çəkisi 285 qram olan bükümdə metadon aşkar ediblər.
Faktla bağlı cinayət işi açılıb.