Polisin saxladığı boksçu bölmədə öldü
10 yanvar 2025 18:02 (UTC +04:00)

Polisin saxladığı boksçu bölmədə öldü

Rusiyanın Leninqrad vilayətində saxlanılan boksçu bölmədə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq şəhərində baş verib. 

Yol polisi əməkdaşları avtomobilin qəribə hərəkət etdiyini görüb və 29 yaşlı sürücünün sərxoş olub-olmadığını yoxlamaq istəyiblər. Lakin o, polisi təhdid etməyə başlayıb. Alkotester sürücünün nalayiq davranışının səbəbini müəyyən etmədiyi üçün o, şöbəyə aparılıb.

İnzibati məhbusların saxlandığı otaqda boksçu skamyanı sındırıb və qaçmağa çalışıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşın qollarını qandallayıb yerə yıxmalı olublar. Bir müddət sonra o, sakitləşib, ancaq üzü göyərib. Məmur qandalları çıxarıb və ürək masajı ilə süni tənəffüs etməyə başlayıb. Lakin idmançını xilas etmək mümkün olmayıb.

Ölümün əsas versiyası sintetik dərmanla zəhərlənmədir. Polis hadisənin bütün şəraitini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951
avatar

Oxşar yazılar