Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır
21 iyun 2025 16:42 (UTC +04:00)

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Türkiyədə avtomobildən dünyanın ən bahalı kimyəvi maddəsi tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Kütahyada polis əməkdaşları yol kənarında dayanan şübhəli avtomobildə axtarış aparıblar. Nəticədə salondan plastik qabda çəkisi 7.15 qram kalifornium maddəsi aşkarlanıb.

Qızıl axtarışda istifadə olunan bu radioaktiv maddənin 70 milyon dollar dəyərində olduğu ortaya çıxıb. Saxlanılan sürücü 31 yaşlı B.G-nin evində aparılan axtarışlar zamanı isə 2 ədəd tapança və 63 fişəng aşkarlanıb.

B.G. maddəni yol kənarında təsadüfən tapdığını deyib. O, məhkəmənin qərarı ilə həbs edilib və araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar