Polisdən xüsusi ƏMƏLİYYAT:   42 kq narkotik...
01 mart 2024 10:24 (UTC +04:00)

Polisdən xüsusi ƏMƏLİYYAT: 42 kq narkotik...

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 29-da ümumi çəkisi 42,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
 

# 2388
avatar

Sevinc Fərid

Oxşar yazılar