Avstraliya polisi Honq-Konqa yüzlərlə kərtənkələ keçirmək istəyən şəxsin tutulduğunu açıqlayıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, polisdən verilən açıqlamada 257 kərtənkələ və 3 ilanın müsadirə edildiyi və heyvanların pis şəraitdə yaşadığı bildirilib.
Məlumata görə, polisin ələ keçirdiyi heyvanlar müalicə olunduqdan sonra təbiətə buraxılacaq.
Sidneydə biri qadın olmaqla 4 nəfərin həbs edildiyi və ələ keçirilən sürünənlərin ümumi dəyərinin 1,2 milyon Avstraliya dolları olduğu bildirilib.
Sentyabr ayında 59 kərtənkələ Honq-Konqa qaçaqmalçılıq yolu ilə aparılarkən tutulduqdan sonra Avstraliya polisi məsələ ilə məşğul olmaq üçün yeni bölmə yaradıb.
Bir neçə həftə əvvəl Sidneydə bir evə basqın zamanı 118 kərtənkələ, üç ilan, 8 yumurta və 25 ölü kərtənkələ ələ keçirilib.
Dörd şübhəlinin günahı sübuta yetirilərsə, onların 15 ilə qədər həbs cəzası alacağı gözlənilir.
Honq-Konq son illərdə ekzotik heyvanların beynəlxalq ticarətində önə çıxan mərkəzlərdən biri kimi göstərilib.