Polis  VELOSİPEDÇİNİ ÖLDÜRDÜ   - FOTO
20 noyabr 2021 23:54 (UTC +04:00)

Polis VELOSİPEDÇİNİ ÖLDÜRDÜ - FOTO

1

Bu gün axşam saatlarında Göyçay rayonunda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı, Göyçayın Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən Göyçay şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçini, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub. 

O, aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3737

Oxşar yazılar