Polis saxladığı şəxsi zorladı
29 avqust 2024 11:32 (UTC +04:00)

Polis saxladığı şəxsi zorladı

Rusiyanın Həştərxan vilayətində polis qadını zorlamaqda şübhəli bilinərək həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, avqustun 22-də yerli sakin olan qadın narkotik almaq üçün Privoljski rayonunun Sadovı kəndinə gəlib. O, narkotik vasitə axtararkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Polislərdən biri qadını zorlayıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (“Seksual xarakterli zorakılıq hərəkətləri”) və 131-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (“Zorlama”) ilə iş başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3336
avatar

Oxşar yazılar