"Polis rəisinin müavininə rüşvət verilməsi iddiaları həqiqəti əks etdirmir".
Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumatda bildirilir. Qeyd olunur ki, Yevlax rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun iddia olunan hallara aidiyyəti yoxdur.
"Emil İsgəndərov həyat yoldaşını döyüb. Bu barədə iyunun 11-də digər rayon sakinindən rayon Polis İdarəsinə şikayət daxil olub. E.İsgəndərov polis orqanına dəvət olunaraq, şikayətlə bağlı dindirilərək bir saat sonra sərbəst buraxılıb.
Hazırda şikayət əsasında Yevlax rayon Polis şöbəsində təhqiqat araşdırmaları aparılır, müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".