Kürdəmirdə  küçə ticarətinin   qarşısı alındı -  VİDEO
16 iyun 2025 23:17 (UTC +04:00)

Kürdəmirdə küçə ticarətinin qarşısı alındı - VİDEO

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısını polis əməkdaşları alıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a bildirilib ki, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq profilaktik iş, izahedici söhbətlər aparılmaqla, avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb.

Respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar