Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşları 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən “Sparta” idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq gizli fəaliyyət göstərdiyini müəyyən ediblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ümumilikdə xüsusi karantin rejimi qaydalarının tələblərinə əməl etməyən 13 nəfər aşkar edilib.
Karantin rejiminin tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində isə 200 manat inzibati tənbeh tədbirləri tətbiq olunub.