Məhkəmə "Daqqılı"nı həbs etdi - YENİLƏNİB
20 fevral 2023 16:26 (UTC +04:00)

Məhkəmə "Daqqılı"nı həbs etdi - YENİLƏNİB

"Daqqılı" ləqəbli bloger Ziliş Cəfərov bu gün məhkəmə qarşısına çıxarılıb. 

Lent.az xəbər verir ki, məhkəmənin qərarı ilə Ziliş Cəfərov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs cəzası alıb. 

***

saat 10:20

Polis tərəfindən saxlanılan "Daqqılı" ləqəbli bloger Ziliş Cəfərov bu gün məhkəmə qarşısına çıxarılacaq. 

Lent.az xəbər verir ki, Xətai rayon Məhkəməsi Ziliş Cəfərovun İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinməsinə dair təqdimata baxacaq. 

Onun inzibati qaydada cəzalandırılacağı gözlənilir. 

***

19 fevral 21:09

"Daqqılı" ləqəbli bloger Ziliş Cəfərov saxlanılıb.   

Lent.az xəbər verir ki, Z.Cəfərov narkotik istifadəsinə görə tutulub.

O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinir. 
 
Qeyd edək ki, Z.Cəfərov sosial şəbəkələrdə "Daqqılı" ləqəbi ilə tanınır və bloger fəaliyyəti ilə məşğul olur. 

# 12027
avatar

Oxşar yazılar