"Aktrisa Çimnaz Sultanovanın evindən oğurluq edilməsi ilə bağlı araşdırmalar aparılır".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, aktrisa Çimnaz Sultanovanın evindən edilən oğurluq faktı ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi üzrə istintaq hərəkətləri davam etdirilir.
Onun sözlərinə görə, iş üzrə icraatın dayandırılması ilə bağlı iddialar əsassızdır.