Pizzası gecikən müştəri satıcını avtomatla hədələdi
28 noyabr 2021 06:07 (UTC +04:00)

Pizzası gecikən müştəri satıcını avtomatla hədələdi

0

Hadisə ABŞ-ın Tennesi ştatında baş verib.

Lent.az-ın xəbərinə görə, 63 yaşlı kişi kafeyə gələrək aparmaq üçün pizza sifariş edib. 
6 avro ödəniş edən müştəriyə sifarişin 10 dəqiqəyə hazır olacağı bildirilib. Müştəri bundan əsəbləşərək avtomobilindəki Kalaşnikov avtomatını gətirərək satıcını hədələyib.

Məlum olub ki, o, kafenin “hər zaman qaynar və hazır” pizza olması barədə reklamının yalan olmasına əsəbləşib. 
Xoşbəxtlikdən təsadüfən müştərinin  hadisə yerinə gələn sevgilisi onu sakitləşdirərək silahı əlindən alıb. Səbrsiz müştəri həbs edilib. Onun əməlinə məhkəmə sabah qiymət verəcək.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1940

Oxşar yazılar