Piyadanı yaralı vəziyyətdə qoyub QAÇDI
01 may 2021 12:21 (UTC +04:00)

Piyadanı yaralı vəziyyətdə qoyub QAÇDI

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 1-də saat 5 radələrində Nərimanov rayonunun Ş.İ.Xətai prospektində Bakı şəhər sakini Ş.Mərdanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Əliquliyevi vurub hadisə yerini tərk edib.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü avtomobillə birgə saxlanılıb. 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Mehman Nəbiyev

Oxşar yazılar