Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 9-da saat 13 radələrində Salyan rayonunun Xurşud kəndi ərazisində Bakı şəhər sakini C.Nağıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini S. Mirzəyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.