Sankt-Peterburqda keçirilən növbəti reyd zamanı polis yüzə yaxın miqrantı qeydiyyatdan keçmək üçün komissarlığa gətirib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, reyd şəhərin Sofiyskaya küçəsindəki tərəvəz bazarında keçirilib. Nəticədə 55-i qanunsuz olaraq Rusiyada yaşayan 400-ə yaxın miqrant aşkar edilib. Bir əcnəbi saxta sənədlər göstərib. Ona qarşı Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə cinayət işi açılıb.
“Polis hazırda Rusiya vətəndaşları olan yüzdən çox miqrant müəyyən edib. Onların demək olar ki, hamısı hərbi qeydiyyata alınması üçün rayon Hərbi Komissarlığına aparılıb”, - mətbuat xidmətindən bildirilib.
Polis qeyd edib ki, miqrantların kompakt yaşayış və ya iş yerlərinə keçirilən reydlər zamanı əcnəbilər arasında qanunsuz yaşayanlarla yanaşı, Rusiya vətəndaşlığı olanlar da var.
Qeyd olunur ki, məqsəd bu kateqoriyadan olan vətəndaşların qanunsuz yaşayıb-yaşamadığı deyil. Bu reydlərdə polis fürsətdən istifadə edərək miqrantlara vətəndaşlığın əldə edilməsinin, xüsusən də hərbi qeydiyyatı nəzərdə tutduğunu xatırladır.