Peşə liseylərində  MƏNİMSƏMƏ:   cinayət işi açıldı
03 sentyabr 2021 16:07 (UTC +04:00)

Peşə liseylərində MƏNİMSƏMƏ: cinayət işi açıldı

Gəncədə peşə məktəblərində qanunsuzluqlar aşkarlanıb.

Gəncə şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yoxlama apalmaqla, həmin agentliyin tabeçiliyində olan 1 və 2 saylı Gəncə peşə məktəblərində və 3 nömrəli Gəncə Peşə Liseyində bir sıra qanun pozuntularının müəyyən edilməsi barədə Baş Prokurorluğa ünvanladığı müraciət aidiyyəti üzrə araşdırılması üçün Gəncə şəhər prokurorluğuna göndərilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, təhsil müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə 1 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 34 min manat, 2 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 25 min manat, 3 nömrəli Gəncə Peşə Liseyində isə ümumilikdə 32 min manat məbləğində ziyan vurulmaqla qeyd edilən vəsait talanıb.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar