Cəlilabadda intihara cəhd olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
29 yaşlı Mirnatiq Abbas oğlu Cabbarov əvvəlcə benzini içib, sonra isə üzərinə tökərək özünü yandırıb.
Ətrafdakıların köməyi ilə yanğının qarşısı alınıb. O, yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Yaxınlarının dediyinə görə, M.Cabbarov uzun müddətdir pensiya alırmış. Onun pensiyası kəsildiyi üçün bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.