Paytaxtda üç avtomobil toqquşdu – BİR YARALI  -FOTO
26 noyabr 2021 04:21 (UTC +04:00)

Paytaxtda üç avtomobil toqquşdu – BİR YARALI -FOTO

0

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Paytaxt sakini Nicat Dadaşov nasazlıq səbəbindən ona məxsus “Chevrolet”  markalı avtomobili yol kənarında saxlayıb. “Saipa” markalı avtomobilin sürücüsü maşınını yol kənarında saxlayaraq Nicat Dadaşova kömək etmək istəyib. Bu zaman eyni istiqamətdən gələn “Changan” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarında dayanan 2 maşına çırpılıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. 

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1471

Oxşar yazılar