Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Köçəkli kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov edən P.Abıyev saxlanılıb.
Ondan qanunsuz ovladığı çöl quşu və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Bundan əlavə, şöbə əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri tədbirlər nəticəsində 2 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.
Faktlar üzrə Masallı RPŞ-də araşdırma aparılır.