Tovuzda ötən ilin dekabr ayında çayda batan sakinin meyiti tapılıb.
Lent.az xəbər verir ki, bu barədəDİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
"2022-ci ilin dekabr ayında Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub. Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxslərin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib. Nəticədə vətəndaşın meyiti tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır", - deyə qeyd olunub