"Optimal Elektronika" məhkəməyə verildi -  SƏBƏB
25 noyabr 2021 13:11 (UTC +04:00)

"Optimal Elektronika" məhkəməyə verildi - SƏBƏB

“Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyət cərimə yazılıb.

Lent.az-ın məlumatına görə, MMC-nin Yevlax rayon filialında karantin qaydalarının pozulduğu aşkarlanıb. Buna görə də “Optimal Elektronika” barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib. İş hakim Günay Cavadovanın icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421
avatar

Mehman Nəbiyev

Oxşar yazılar