Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes-Benz” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Ölənlər Zərdab rayon sakinləri Qalib Hüseynov, onun həyat yoldaşı Aytəkin Hüseynova və övladı Gülər Hüseynovadır. Xəsarət alanlar isə Q.Hüseynovun digər övladları, 2015-ci il təvəllüdlü Sabiq Hüseynov və 2009-cu il təvəllüdlü Aynur Hüseynovadır.
Faktla bağlı araşdırmalara başlanılıb.