Oğurluq etdiyinə görə tutulan C.Mustafayevin ətrafında Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları tədbirlər keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə onun şəhər ərazisindəki bir çay evindən pul və naqil, bir dönərxanadan pul və mobil telefon, bir bərbərxanadan kombi hissələri, 2 kafedən pul, pivə aparatının mis ehtiyat hissələri, su qızdırıcısı oğurlaması, bir mağazanı yandırması da müəyyən edilib.