Oğrunun üzərindən "PATI" tapıldı -VİDEO
13 noyabr 2021 14:08 (UTC +04:00)

Oğrunun üzərindən "PATI" tapıldı -VİDEO

 

Abşeron rayonunda fermaların birindən oğurluq etməkdə şübhəli bilinərək axtarışda olan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən Lentş.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinərək axtarışda olan Hikmət Rəhimov saxlanılıb:

“Onun fermaların birindən generator oğurlayaraq satdığı məlum olub. Rayonun Məmmədli kəndində saxlanılan şəxsin üzərindən hazır bükümlər şəklində qablaşdırılan psixotrop maddə olan metamfetamin də aşkar edilərək götürülüb. 
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt  ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Hikmət Rəhimovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin  Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”.
 

 

Oğrunun üzərindən patı AŞKARLANDI

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1753

Oxşar yazılar