Oğru girdiyi evi  təmizləyib yemək bişirdi
04 oktyabr 2024 17:10 (UTC +04:00)

Oğru girdiyi evi təmizləyib yemək bişirdi

Böyük Britaniya krallığında oğru naməlum qadının evinə girib və o, olmadığı müddətdə mənzili təmizləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 36 yaşlı Damian Vojniloviç qadının evinə girərək təmizlik işləri aparıb, paltarları asıb və soyuducuya ərzaqla doldurub. O, həmçinin quş yemliklərini doldurub çiçəkləri sulayıb və yemək bişirib.

Ev sahibinin qonşusu bildirib ki, tanımadığı şəxs həyətə çıxanda onu görüb və bu onun narahatlığına səbəb olub. O, qadına zəng edərək naməlum şəxsin onun evinə girdiyini deyib, daha sonra polisə müraciət edib. Nəticədə Damian saxlanılıb.

Daimi evi olmayan Vojniloviç oğurluqda ittiham olunub. İstintaq zamanı məlum olub ki, bu, ikinci belə epizoddur - adam əvvəllər də başqasının evinə soxulub. Məhkəmə əvvəlki cinayətlərini nəzərə alaraq onu 22 ay müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2409
avatar

Oxşar yazılar