Uşaqlar nənələri Zəminə Həsənova ilə
17 avqust 2021 12:57 (UTC +04:00)

Uşaqlar nənələri Zəminə Həsənova ilə

Ögey anadan DƏHŞƏTLİ İŞGƏNCƏ - Uşaqların atası... - VİDEO

Ağstafa rayonunun Xılxına kəndində uşaqlar ögey anası və atası tərəfindən şiddətə məruz qalıb.

Bu barədə Lent.az-a uşaqların ana nənəsi Zəminə Həsənova məlumat verib. O bildirib ki, qızı 2 il əvvəl astma xəstəliyindən vəfat edib:

"Vəfatından 6 ay sonra kürəkənim Samir Zərbəliyev ailə qurdu. Onlar nənələri ilə birlikdə yaşayırdılar. Sonradan isə kirayəyə çıxdılar.

Oğul nəvəmin 6 (T.Z), qız nəvəmin (N.Z) 8 yaşı var. Ögey anaları olan Səadət adlı qadın onları daimi döyüb, şiddət göstərib. Nəvələrimin dediklərinə görə, ataları da onları döyüb. Hətta bir dəfə oğul nəvəmi döyəndə ayağı çıxıb və onu ara həkimə aparıblar".

Z.Həsənova qeyd edib ki, nəvələri hazırda onun yanındadır:

"Hadisələri öyrəndikdən sonra Ağstafa rayon Polis Şöbəsinə müraciət etdim. Onların köməkliyi ilə uşaqları götürə bildim. Ancaq orada şikayətimə baxılmadı, uşaqları ekspertiza üçün çağırsalar da, baxmadılar. Ona görə də Gəncəyə gəldim və burada polisə müraciət etdim. Hazırda şikayətimlə bağlı araşdırma gedir, nəvələrimlə danışıblar və tibbi-ekspertizadan keçiriblər.

Qızım, anaları ölüb. Yetim uşaqlardır. Yetim uşaqları da bu günə qoyarlar? Belə incidərlər?

Nənə kimi onların cəzalandırılmasını istəyirəm".

Şiddətə məruz qalan uşaqların foto və videosunu təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8331
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar