Ötən gün narkotiklərin qanunsuz dövriyyəsi və qanunsuz odlu silahlarla bağlı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif rayonlarda vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.
Həmçinin ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb. Onlar 6,6 kiloqrama yaxın heroin, 3,6 kiloqramdan çox marixuana olub.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.