"OBA Market" məhkəməyə verildi -  SƏBƏB
25 may 2021 15:59 (UTC +04:00)

"OBA Market" məhkəməyə verildi - SƏBƏB

“OBA Market” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

Lent.az xəbər verir ki, cəriməni gömrük orqanları yazıb. MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə ) maddəsi ilə protokol tərtib olunub. Protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. İş hakim Elçin Məmmədovun icraatına verilib.

Xatırladaq ki, həmin maddə ilə “OBA Market”i 1500 manat cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2511
avatar

Mehman Nəbiyev

Oxşar yazılar