Nohurgöldə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB
24 yanvar 2025 10:21 (UTC +04:00)

Nohurgöldə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB

Qəbələdə göldə batan şəxsin meyiti tapılıb.

Lent.az bu barədə FHN-ə istinadla xəbər verir.

Nazirlikdən bildirilib ki, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə batan 40 yaşlı Qəribov İlham İslam oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
23 yanvar, saat: 17:32

Nohurgöldə batdığı deyilən şəxsin kimliyi məlum olub.

Lent.az xəbər verir ki, o, Bakı şəhər sakini 40 yaşlı Qəribov İlham İslam oğludur.

Hazırda göldə axtarış işləri davam etdirilir.

***
17:01

Qəbələnin Nohurqışlaq kəndi ərazisindəki göldə batan şəxsin bəzi əşyaları tapılıb.

Lent.az xəbər verir ki, Nohurgöldə batdığı iddia olunan şəxsin çantası göl kənarında aşkar edilib. Çantanın içərisində onun paltarları, şəxsiyyət vəsiqəsi və telefonu olub.

Hazırda FHN-nin xilasediciləri tərəfindən meyitin tapılaraq, çıxarılması istiqamətində tədbirlər görülür.

***
14:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7664

Oxşar yazılar

Beş uşaq evdə diri-diri  yandı

Beş uşaq evdə diri-diri yandı

13 iyun 2025 , 13:16
Dünən bank kartlarından 20 minə yaxın  pul oğurlanıb

Dünən bank kartlarından 20 minə yaxın pul oğurlanıb

13 iyun 2025 , 12:18
Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49
Avropa onu Azərbaycana təhvil verdi

Avropa onu Azərbaycana təhvil verdi

13 iyun 2025 , 10:07
Xəstə uşaq şəkilləri  ilə pul yığırdı, saxlanıldı - VİDEO

Xəstə uşaq şəkilləri ilə pul yığırdı, saxlanıldı - VİDEO

13 iyun 2025 , 10:06
Bakıda maşın kişinin üstündən keçdi

Bakıda maşın kişinin üstündən keçdi

13 iyun 2025 , 09:50
Yardımlıda traktor aşdı,  sürücü öldü

Yardımlıda traktor aşdı, sürücü öldü

13 iyun 2025 , 09:25