Nişanlısını döyüb  qanına qəltan etdi   - Astarada
05 yanvar 2023 19:37 (UTC +04:00)

Nişanlısını döyüb qanına qəltan etdi - Astarada

Astarada bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Şiyəkəran kəndində qeydə alınıb.

22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalibov nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyərək bıçaqlayıb.

Ağır xəsarət alan qız təcili Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 2769
avatar

Oxşar yazılar