Normadan çox isti olub - FAKTİKİ HAVA
30 mart 2024 11:04 (UTC +04:00)

Normadan çox isti olub - FAKTİKİ HAVA

Martın 30-u saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyü tədricən əriyib. Şahdağda 14 sm olub.

Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-da 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.

# 2463
avatar

Oxşar yazılar