Nişana gələn 10 nəfərin "QANINI QARALTDILAR"
01 may 2021 12:42 (UTC +04:00)

Nişana gələn 10 nəfərin "QANINI QARALTDILAR"

Lənkəranda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Boladı kəndində nişan mərasiminin təşkil edilməsi müəyyən olunub. 
Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb. Həmin məclisin iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Mehman Nəbiyev

Oxşar yazılar