“Nikosayağı”nın işindən YENİ XƏBƏR
27 dekabr 2023 13:36 (UTC +04:00)

“Nikosayağı”nın işindən YENİ XƏBƏR

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb./oxu.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4755

Oxşar yazılar