Nəvəsini dərsdən gətirən kişi BUZLU YOLDA YIXILIB  öldü
15 yanvar 2024 22:35 (UTC +04:00)

Nəvəsini dərsdən gətirən kişi BUZLU YOLDA YIXILIB öldü

Biləsuvarda 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buz üstündə yıxılaraq ölüb.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə axşam saatlarında baş verib. 

Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən yıxılıb. O, başından aldığı ağır xəsarətlə rayon xəstəxanasına çatdırılarkən yolda ölüb.

Bildirilir ki, 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buzlu yolda yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4740
avatar

Oxşar yazılar