Naxçıvanda qadını maşın vurub öldürdü
17 mart 2023 13:13 (UTC +04:00)

Naxçıvanda qadını maşın vurub öldürdü

0

Naxçıvanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 16-da saat 21 radələrində Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində qeydə alınıb. Kənd sakini Y.Rzayev idarə etdiyi “Lifan” markalı avtomobillə yolu keçən S.Qoçəliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Kəngərli rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2037

Oxşar yazılar