Naxçıvanda siprtli içki içib  evini yandıran kişi öldü   - YENİLƏNİB
09 may 2024 22:56 (UTC +04:00)

Naxçıvanda siprtli içki içib evini yandıran kişi öldü - YENİLƏNİB

Babək rayonunda baş verən yanğında bir nəfər ölüb.

Lent.az xəbər verir ki, Didivar kəndində fərdi yaşayış evini yandıran kənd sakini Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.

İlkin məlumata görə, o, tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 21:02

Naxçıvanın Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Babək rayon, Didivar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

İlkin məlumata görə, ev sahibi, Didivar kənd sakini - 64 yaşlı Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

# 3033
avatar

Oxşar yazılar