Naxçıvanda kafedə dava düşüb, bir nəfər xəsarət alıb.
Lent.az-ın xəbərinə görə, dava şəhərin "Söyüdlü" kafesində qeydə alınıb. Belə ki, baş verən davada Naxçıvan şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənov İsmayıl Zakir oğlu döyülüb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov