Naxçıvan şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Atabəylər məhəlləsində qeydə alınıb.
Bir ailənin 5 üzvünün dəm qazından zəhərləndiyi barədə 103 xidmətinə məlumat daxil olub.
Naxçıvan şəhər sakinləri - 45 yaşlı Talıbov Əhməd Nadir oğlu, 30 yaşlı Talıbova Qumral Ülfət qızı, 11 yaşlı Talıbova Aysu Əhməd qızı, 10 yaşlı Talıbova Zərifə Əhməd qızı və 6 yaşlı Talıbov Turan Əhməd oğlu təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onlarin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.