Naxçıvanda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib.
Naxçıvan şəhər sakini Əsədov Tofiq Həbib oğlu ehtiyatsızlıqdan yaşadığı bina evinin ikinci mərtəbəsindən yıxılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb. O, ötən gecə ölüb.
Faktla bağlı araşdırma aparılır.