Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini V.Heydərov saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə V.Heydərovun oğurluq əməllərinin də üstü açılıb. Onun ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 8 mağazadan ümumilikdə 4000 manata yaxın dəyəri olan məişət əşyaları, tütün məmulatları, spirtli içkilər, nağd pul və sair oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.